Tamar Çuqoşvili - ABŞ-ın Gürcüstana olan diqqəti çox yüksəskdir
Tamar Çuqoşvili - ABŞ-ın Gürcüstana olan diqqəti çox yüksəskdir

Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvilinin bəyanatına görə, Amerika Birləşmiş Ştatları tərəfindən Gürcüstana olan diqqət olduqca yüksəkdir.

Jurnalistlərlə söhbət zamanı Tamar Çuqoşvili Maik Pompeonun bəyanatına səsləndi və qeyd etdi ki, onun tərəfindən müəyyən məsələlərin vurğulaması çox məntiqlidir və bəlli olur ki, o Gürcüstanın daxili proseslərinə maraq göstərir.

“Ən əhəmiyyətli bəyanatlar Gürcüstanın ərazi bütövlüyü və NATO-ya inteqrasiya məsələlərinə aiddir. Gürcüstanın daxili prosesləri ilə bağlı verilən şərh də təbiidir, çünki, Amerika illər ərzində Gürcüstanda ədliyyə sisteminə müxtəlif formalarda yardım edir. Bu bəyanatlardan bəllidir ki, ABŞ Gürcüstana xüsusi diqqət yetirir və bu çox yaxşıdır, çunki belə bir diqqətə ehtiyacımız var” – dedi Tamar Çuqoşvili.

Xatırladaq ki, baş nazir ABŞ-da rəsmi səfərdədir və ABŞ-ın Dövlət Katibi Maik Pompeo ilə görüşdü.

Görüşdən sonra tərəflər birgə brifinq keçirdilər, harada Maik Pompeo bəyan etdi ki, Gürcüstanın NATO-ya inteqrasiya prosesində, Amerika Birləşmiş Ştatlarının dəstəyi əksik olmayacaq.