Tacikistanda həbsxana üsyanı zamanı hüquqmühafizəçilər ən azından 13 məhbusu qətlə yetirdilər
Tacikistanda həbsxana üsyanı zamanı hüquqmühafizəçilər ən azından 13 məhbusu qətlə yetirdilər

Tacikistanda həbsxana üsyanı zamanı hüquqmühafizəçilər ən azından 13 məhbusu qətlə yetirdilər. Bu barədə məlumatı “Reuters” agentliyi yerli hakimiyyətin bəyanatlarına istinadən yayır. Hadisə Hocendi şəhərində baş verdi.

Sərt rejim həbsxanasında məhbuslar üsyan təşkil etdilər. Məlum olduğu kimi, “İslam Dövlətinin” üzvləri hüquqmühafizəçilərin əlindən silahı aldılar və onlara qarşı atəş açdılar.

Qarmaqarşıqlıq zamanı məhbuslar həbsxananın bir binasını ələ keçirdilər. Üsyanın səbəbi hələlik məlum deyil. Baş verənlər üzrə istintaqa başlanıb.

Şərh yaz