Strasburqda, partladılmış Sinaqoqun yerində yerləşən obeliski yıxdılar
Strasburqda, partladılmış Sinaqoqun yerində yerləşən obeliski yıxdılar

Strasburqda, 1940-cı ildə partladılmış Sinaqoqun yerində ucaldılan obeliski yıxdılar. Strasburq Meriyası baş verən hadisəni antisemitizm aktı adlandırdı.

Fransa şəhəri meri, Rolan Rays baş verənləri pislədi. Xatırladıaq ki, antisemitizmə qarşı planlaşdırılmış kütləvi nümayişə qədər bir neçə saat əvvəl, Strasburqa yaxın yerləşən kəndlərin birində vandallar yəhudi qəbirsanlığını təhqir etdilər. Müəyyənləşdirilməmiş şəxslər 100-ə qədər qəbir daşına nasist simvollarını çəkdilər.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə antisemitizmin sayı 74 faiz ilə artıb.

Yəhudilərin Fransada diasporu ən böyükdür. ölkədə 550 mindən artıq yəhudi yaşayır.