Fransanın dərmanları tənzimləyici orqanı "fayzer" və "bionteks"-in vaksinini rəsmi olaraq təsdiq etdi
Fransanın dərmanları tənzimləyici orqanı “fayzer” və “bionteks”-in koronavirusa qarşı yaradılmış vaksinini rəsmi olaraq təsdiq etdi. Məlumatı Fransa mediası yayır.
Fransada vaksinasiya kampaniyası güman edildiyinə görə, gələn həftədən başlayacaq. İlk öncə vaksinasiya həkimlərə və yaşlılara ediləcək.
Ölkədə, virusun yayılmasından bu günə qədər, koronavirusun 2 562 615 təsdiq olunmuş halı qeydə alınıb, 62 098 insan vəfat edib.