Son 24 saat ərzində Rusiyada "COVID-19"-un 8 946 yeni halı aşkar edildi
Son 24 saat ərzində Rusiyada "COVID-19"-un 8 946 yeni halı aşkar edildi

Son 24 saat ərzində Rusiyada “COVID-19”-un 8 946 yeni halı aşkar edildi və virus nəticəsində 92 insan vəfat etdi. Bu barədə məlumatı rus mediası yayır.

Ən ağır durum yenə də paytaxtdadır. Ötən 24 saat ərzində Moskvada 2 560 yeni hal aşkar edildi.

Yeni koronavirusun yayılmasından bu günə qədər Rusiyada “COVID-19”-un 352 427 halı aşkar olunub. 118 min insan sağaldı. Həlak olanların sayı 3 633-2 təşkil edir.