Sinoptiklər çaylarda suyun səviyyəsinin artmasını, dağlıq zonalarda isə, sürüşmə prossesinin fəallaşmasını güman edirlər
Sinoptiklər çaylarda suyun səviyyəsinin artmasını, dağlıq zonalarda isə, sürüşmə prossesinin fəallaşmasını güman edirlər

Sinoptiklər Gürcüstanda yaxın günlərdə güclü yağışları gözləyirlər. Bunun isə, çaylarda suyun səviyyəsinin artmasını, dağlıq zonalarda isə, sürüşmə prossesinin fəallaşmasını əmələ gətirməsi mümkündür.

Ətraf Mühit Agentliyinin məlumatına görə, bu gün, günün sonundan avqustun 5-dək, Gürcüstanda Qara Dənizin şimal-qərbindən soyuq hava kütləsinin yayılması gözlənilir.

Həmçinin dolu və küləyin güclənməsi, dənizdə isə, 3-4 bal gücündə fırtına gözlənilir.