Sinandalidə qətlə yetirilən üç şəxsi ekspertizaya uğradacaqlar, iki yaralı isə, xəstəxanada qalır
Sinandalidə qətlə yetirilən üç şəxsi ekspertizaya uğradacaqlar, iki yaralı isə, xəstəxanada qalır

Sinandalidə qarşıdurma nəticəsində qətlə yetirilən üç şəxsin cəsədini Qurcaaniyə, Samxarauli Eskpertiza Bürosuna uğradacaqlar.

Hadisə nəticəsində yaralanan daha iki kişiyə gəldikdə, onlar Ğambaraşvili Klinikasına yerləşdirliblər, burada da cərrahiyyə əməliyyat edildi.

“İki kişi özü daxil oldu. Onlarda güman edildiyinə görə, odlu silahdan zədələr müşahidə olunurdu. Onlara cərrahiyyə əməliyyat edildi”, – həkim Rati Turaşvili bəyan etdi.

Elə onun məlumatına görə, yaralananlardan biri, 46 yaşlı kişi evdə, 29 yaşlı kişi isə, müalicəsini stasionarda davam etdirəcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verənlərlə bağlı istintaq GCM-nin 109-cu maddəsinin üçüncü hissəsi ilə başladı. Maddə ağırlaşdırıcı mühitdə qəsdən qətli nəzərdə tutur.

Kaxeti bölgəsində qətl bir neçə saat bundan əvvəl baş verdi. Üç nəfər qətlə yetirilib.