Sentyabr ayından Tbilisidə doqquz yeni uşaq bağçası olacaq, ikisi isə, genişləndiriləcək
Sentyabr ayından Tbilisidə doqquz yeni uşaq bağçası olacaq, ikisi isə, genişləndiriləcək

Sentyabr ayından Tbilisidə doqquz yeni uşaq bağçası olacaq, ikisi isə, genişləndiriləcək, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxt iqtidarının bugünki iclasında verdi.

“Uşaq bağçaları ilə bağlı vacib yeniliklərimiz var. Sentyabr ayından yeni təris ilini 11 yeni bina ilə qarşılayacağıq. Doqquz yeni uşaq bağçası açılacaq, ikisi isə təmir edilib, genişləndiriləcək. Yeni binalar yenə 3000 uşağın məktəb öncəsi təhsil alması üçün imkan yaradacaq” – dedi Kaxa Kaladze.

Tbilisinin meri həmçinin, qəza vəziyyətində olan uşaq bağçaları haqqında danışdı. Onun dediyinə görə, 12 binanın reabilitasiyası və demontajı gərəktir.

Tbilisi merinin dediyinə görə, gələn ildə, yeni uşaq bağçalarının tikilməsi prosesi davam edəcək.