Sameqrelo bölgəsində koronavirusun yeni hallarından 88 halı Zuqdididə qeydə alındı
Sameqrelo bölgəsində koronavirusun yeni hallarından 88 halı Zuqdididə qeydə alındı

Sameqrelo-Zemo Svaneti bölgəsində aşkar edilən koronavirusun 119 yeni halından 88 hal Zuqdididə qeydə alındı.

Bölgə amnisitrasiyasının məlumatına görə, on hal Salencixada, doqquzu Çxorosğuda, altısı Potidə, beşi Senakidə, biri Xobidə aşkar edildi. Onların bir hissəsi artıq təsdiq olunan halların kontaktına məxsusdur.

Ruxi Xəstəxanasında müalicə kursundan virusa yoluxmuş 113 pasiyent keçir, buradan 16 pasiyentin vəziyyəti nisbətən ağırdır.

Poti Hospitalında virusa yoluxmuş 38 pasiyent müalicə olunur. Son 24 saat ərzində bölgə miqyası ilə on pasiyent müalicə olunaraq sağaldı. Sameqrelo-Zemo Svaneti bölgəsi miqyası ilə karantin məkanında cəmi 156 insan qalmaqdadır.

Şərh yaz