Salome Zurabişvili - Qarşımızda uzun yol və dəyişməz tarix var, hansının iştirakçılarından biri olaraq, sizə və o yola sadiq qalacam
Salome Zurabişvili - Qarşımızda uzun yol və dəyişməz tarix var, hansının iştirakçılarından biri olaraq, sizə və o yola sadiq qalacam

Bir ölkə başçısı olaraq, hər zaman Gürcüstanı qoruyacam, – bu bəyanatı müstəqil prezident namizədi salome Zurabişvili Zuqdididə seçicilərlə görüş zamanı verdi.

Onun dediyinə görə, əjdadları, ona ölkəsini qorumaq kimi önəmli öhdəlik verdilər.

“Məni hərəkət etməyə vadar edən və emosiyonal təsir edən ölkəmizin bayrağıdır, hətta yeni bayraq deyil, o zamanki, köhnə bayraq. Hər zaman ona baxırdım və Gürcüstanın müstəqilliyi haqqında düşünürdüm” – dedi Salome Zurabişvili.

Salome Zurabişvilinin dediyinə görə, Gürcüstanın birləşməsinə qədər ağır yoldan keçilməlidir, ona görə də, öz dəstəkçilərinə onunla bərabər çalışmaları üçün müraciət etdi.

“Biz bu ağır yolu birlikdə keçməliyik” – dedi salome Zurabişvili.