Salome Zurabişvili işçi səfərlə Yaponiyaya yola düşdü
Salome Zurabişvili işçi səfərlə Yaponiyaya yola düşdü

Gürcüstan prezidenti, Salome Zurabişvili işçi səfərlə Yaponiyaya yola düşdü. Gürcüstan prezidenti mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili dünya liderləri və Yaponiya hakimiyyəti nümayəndələri ilə birlikdə, Tokiyoda Yaponiya imperatoru, Naruhitonun taxta çıxması mərasimində iştirak edəcək.

Elə onların məlumatına görə, Gürcüstan prezidenti işçi səfər çərçivəsində Yaponiya hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə, eləcə də müxtəlif ölkələrin prezidentləri ilə ikitərəfli görüşlər planlaşdırıb.

Səfər çərçivəsində, Salome Zurabişvili Yaponiyada gürcü diaporu və gürcü idmançısı, Levan Qorqadze-Toçinoşin ilə görüşəcək.

Gürcüstan prezidenti Yaponiyada işçi səfərini oktyabrın 25-də başa çatdıracaq.