Rustavi-Lilo yol kəsişməsində qaz borusu alovlandı
Rustavi-Lilo yol kəsişməsində qaz borusu alovlandı

Rustavi-Lilo yol kəsişməsində qaz borusu alovlandı.

Hadisə yerində yanğın söndürənlər və patrul polisi səfərbər olunublar.

Yayılan məlumata görə, yanan qaz borusu yaxındaki qaz dolduran stansiyaya aiddir.

Qeyd olunan yolda nəqliyyat hərəkatı dayandırılmışdı, ancaq daha sonra bir istiqamətdə açıldı.

Hadisə yerində zərər görən olmayıb.