Rusiyada son 24 saat ərzində koronavirusun 5 529 halı aşkar edildi, 150 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 5 529 halı aşkar edildi, 150 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 5 529 halı aşkar edildi, 150 pasiyent vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun bir milyon 73 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. 18 785 insan vəfat edib.

Rəsmi göstəricilərlə ölkədə ümumilikdə, 884 305 insan müalicə olunaraq sağalıb.

Koronavirusa yoluxma sayı ilə Rusiya dünyada dördüncü yerdədir.