Rusiyada son 24 saat ərzində koronavirusun 13 868 halı aşkar edildi, 244 pasiyent vəfat etdi
Rusiyada son 24 saat ərzində koronavirusun 13 868 halı aşkar edildi, 244 pasiyent vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 13 868 halı aşkar edildi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Ötən bir gün ərzində Rusiyada koronavirusdan 244 insan vəfat etdi. Bu isə, pandemiyanın başlamasından bu günə qədər ən yüksək göstəricidir.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun bir milyon 326 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, 22 722 insan vəfat edib.

Koronavirusa yoluxma halları sayı ilə Rusiya dünyada dördüncü yerdədir.