Rusiyada koronavirusun 18 241 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 18 241 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 18 241 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 564 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun üç milyon 756 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, üç milyon 174 mindən artıq insan müalicə olunaraq sağalıb, 70 482 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.