Rusiyada koronavirusun 10 253 yeni halı aşkar edildi, 379 insan vəfat etdi
Rusiyada koronavirusun 10 253 yeni halı aşkar edildi, 379 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 10 253 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 379 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 4 333 029 təsdiq olunmuş halı aşkar edilib, 3 922 246 insan müalicə olunaraq sağalıb, 89 473 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.

Şərh yaz