Rusiyada koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı
Rusiyada koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı

Rusiyada, rəsmi statistika ilə, son 24 saat ərzində koronavirus 16 550 insanda təsdiq olundu, 320 insan vəfat etdi. Bu pandemiyanın başlamasından Rusiyada vəfat edənlərin rekord olaraq yüksək göstəricisidir. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Epidemioloji vəziyyətin pisləşməsinə görə, “Rospodrebnadzorun” qərarı ilə, Rusiyada 28 oktyabrdan kütləvi toplantı yerlərində, nəqliyyatda və liftdə maskanın gəzdirilməsi məcburi olur.

Axşam saat 11:00-dan sonra kafe və restoranların fəaliyyəti qadağan olunur. Rəsmi statistikaya əsasən, ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 11,5 milyondan artıq təsdiq olunmuş halı aşkar edilib, 158 mindən artıq pasiyent müalicə olunaraq sağalıb, 26 589 insan vəfat edib.