Roma küçələri doluya görə, qar ilə örtüldü (foto)
Roma küçələri doluya görə, qar ilə örtüldü (foto)

Romada, gözlənilmədən yağan doluya görə, küçələr qar ilə örtüldü. Hava temperaturu aşağı düşdü və 8 dərəcəni təşkil etdi.

“ANSA” İtalyan agentliyinin məlumatına görə, İtaliya paytaxtında güclü yağışlara görə, yolları və bir neçə metrostansiyasını su basdı. Buna görə, metrostansiya müvəqqəti baölandı.

Güclü yağış və dolu Florensiya və Pizada da yağdı.  Fırtina Sisiliyada da baş verdi. Kataniya əyalətini son üç gün ərzində artıq ikinci dəfə su basdı.