Riğe kənd sakini Paata Roqavanı Drandi həbsxanasından azad etdilər
Riğe kənd sakini Paata Roqavanı Drandi həbsxanasından azad etdilər

Zuqdidi rayonunun Riğe kənd sakini Paata Roqavanı Drandi həbsxanasından azad etdilər – bu barədə məlumatı Birinci Kanala DTX-dən təsdiq etdilər.

DTX-nin mətbuat xidmətinin rəhbəri, Nino Giorqobianinin Birinci Kanala bildirdiyinə görə, Paata Roqavanən azad olunması məsələsi, onun yaxalanması günündən DTX nümayəndələri tərəfindən Qalinin insidentlərin prevensiyası və onlara münasibət mexanizmi çərçivəsində fəal irəli sürülürdü.

“2018-ci il fevralın 6-da, Zuqdidi rayonunun Riğe kənd sakini Paata Roqava Drandi həbsxanasından azad edildi. Roqavanı 2017-ci il aprelin 5-də, Roğe yaxınlığında işğal xəttində qeyri qanuni həbs etdilər. Onu üzdəniraq sərhədin qeyri qanuni keçməsində və Rusiya işğal qüvvələri nümayəndələrinə müqavimət göstərməkdə ittiham edirdilər.

De fakto hökumətin qərarı ilə onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etdilər. Paata Roqavanən azad olunması məsələsi, onun yaxalanması günündən DTX nümayəndələri tərəfindən Qalinin insidentlərin prevensiyası və onlara münasibət mexanizmi (IPRM) çərçivəsində fəal irəli sürülürdü”, – DTX-də bəyan edirlər.

Bir neçə aylıq əsirlikdən, keçən ilin sonunda Paata Roqavanın atası, Açiko Roqavanı da azad etdilər.