Reks Tillerson - Gürcüstanda, Moldovada və Qarabağda münaqişələrə son qoyulması üçün tərəqqiyə nail olmalıyıq
Reks Tillerson - Gürcüstanda, Moldovada və Qarabağda münaqişələrə son qoyulması üçün tərəqqiyə nail olmalıyıq

“Biz, Gürcüstanın regionlarına, Cənubi Osetiya və Abxaziyaya əlçatarlığının qarşısını almaq üçün Rusiyanın səylərini pisləməliyik”, – ABŞ-ın dövlət katibi Rex Tillerson, ATƏT-in Nazirlər Şurasının iclasında nitqlə çıxış edərkən bildirdi.

Tillerson, Gürcüstanın işğal olunmuş ərazilərinə ATƏT missiyasının qoşulmasının vacibliyini vurğuladı və Moldova məsələsi ilə bağlı aparılan danışıqlara əks səda verdi.

“Biz, Gürcüstanda, Moldovada və Dağlıq Qarabağda münaqişələrə son qoymaq üçün tərəqqiyə nail olmalıyıq. Problemin həlli üçün Minsk Qrupunun cəhdlərini dəstəkləyirik. Oktyabr sammitində Ermənistan və Azərbaycan prezidentlərinin qəbul etdiyi öhdəliklərdən razıyıq. Moldova məsələsi üzrə 5+2 danıçıqlarını alqışlayırıq. Lakin, biz, Gürcüstanın regionlarına, Cənubi Osetiya və Abxaziyaya əlçatarlığının qarşısını almaq üçün Rusiyanın səylərini pisləməliyik”, – Reks Tillerson qeyd etdi.

Xatıqrladaq ki, 2008-ci il müharibəsindən sonra Rusiya ATƏT-in missiyasının işğal olunmuş ərazilərə buraxılmasına veto qoydu. ATƏT tam funksiyasını yerinə yetirə və işğal olunmuş ərazilərə daxil ola bilmir.

Moldova məsələsinə gəlincə, 5 + 2 formatlı görüşlər 2005-ci ildən keçirilir. Qrupun tərkibinə Dnestryanı, Moldova, Rusiya, Ukrayna, ATƏT, Aİ və ABŞ-dan müşahidəçilər daxildir.