Rəcəp Tayyip erdoğan - Nüvə silahına sahib olmaqla bağlı Türkiyəyə qoyulan məhdudiyyət qeyri-məqbuldur
Rəcəp Tayyip erdoğan - Nüvə silahına sahib olmaqla bağlı Türkiyəyə qoyulan məhdudiyyət qeyri-məqbuldur

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın dediyinə görə, Türkiyənin və digər inkişaf edən ölkələrin nüvə raketlərinə sahib olmaq haqqının əlindən alınması qeyri-məqbuldur.

Erdoğanın Sivasda tərəfdarları qarşısında çıxış edərkən verdiyi bəyanatına görə, nüvə silahına sahib olan ölkələr digərlərinə təzyiq edərək, nüvə texnologiyalarını almalarına əngəl olumağa çalışırlar.

Türkiyə prezidenti rəsmi Ankaranın nüvə silahını alıb almayacağını konkretləşdirməyib, ancaq Erdoğan bəyan etdi ki, İsrailin nüvə silahı olduğu üçün, ona heç bir ölkə toxuna bilmir.

Xatırladaq ki, Türkiyə, digər ölkələrlə bərabər, nüvə silahı üzrə ekperimentlərin keçirilməsinin qadağan edilməsi ilə bağlı razılaşmayı 1996-cı ildə imzalamışdı.