Qorunmuş Ərazilər Agentliyi Tuşetidə səyahət edənlərə xəbərdarlıq edir
Qorunmuş Ərazilər Agentliyi Tuşetidə səyahət edənlərə xəbərdarlıq edir

Gürcüstanın Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyinin Müdafiyə edilən Ərazilər Agentliyi Tuşetidə səyahət edənlərə xəbərdarlıq edir ki, avtomobil yolunun açılmasına qədər əraziyə getməkdən baş qaçırdsınlar.

“Mayın 10-da gələn güclü yağışa görə, Leçuri kəndinin yanında, avtomobil yolunun bir hissəsini su apardı və buna görə, yolun 9-cu kilometrindən 72-ci kilometrinə qədər hissəsində avtonəqliyyatın hərəkatı qadağandır.

Hazırda yolun bərpası işləri aparılır və yaxın günlərdə Tuşeti istiqamətinə təhlükəsiz hərəkət etmək mümkün olacaq” – deyilir agentliyin bəyanatında.