Qiqa Makaraşvili - Tamar Jvaniyaya və "Gürcü Arzusuna" bizim buraya gəlməyimiz baha başa gələcək
Qiqa Makaraşvili - Tamar Jvaniyaya və "Gürcü Arzusuna" bizim buraya gəlməyimiz baha başa gələcək

Mərkəzi Seçki Komissiyası qarşısında “Sirtsxvilia” hərəkatı aksiya-performans keçirdi.

Aksiya iştirakçıları Tamar Jvaniyaya rəmzi hədiyyələr – riyaziyyat kitabını və hesablama çotkusunu apardılar.

Qiqa Makaraşvilinin bəyan etdiyinə görə, Tamar Jvaniyaya və “Gürcü Arzusuna” onların buraya gəlməsi baha başa gələcək.

“MSK binası qarşısına gəlməyimiz deməkdir ki, seçkiləri saxtalaşdırdı, yalan danışdı, səslərimizi oğurlardı. Tamar Jvaniyaya və “Gürcü Arzusuna” bizim buraya gəlməyimiz çox baha başa gələcək. Özümüzü çox saxladıq, çox əziyyət çəkdik ki, bütün il ərzində bu prosesi seçkilərə qədər gətirib çıxaraq, seçkilər yolu ilə bu hakimiyyəti dəyişək, lakin Bizina İvanişvili bunları istəmir, buna görə çox baha başa gələcək”, – Qiqa Makaraşvili bəyan etdi.