Pravoslav kilsəsi qəbirlərə xeyir-duanın verilməsi gününü qeyd edir
Pravoslav kilsəsi qəbirlərə xeyir-duanın verilməsi gününü qeyd edir

Müqəddəs yeddiliyin bazarertəsi Pravoslav kilsəsi qəbirlərə xeyir-duanın verilməsi gününü qeyd edir. Həmin günü dindarlar vəfat edənlərin qəbirlərini ziyarət edirlər.

Ənənəyə uyğun olaraq, onlar qəbirlərə pasxa və qırmızı yumurtalar aparırlar. Bu isə, Ağqoma bayramının rəmzidir.

Bu gün həlak olan qəhrəmanları Qardaşlıq Qəbirsanlığında yad edəcəklər.

Bununla yanaşı, Tbilisi qəbirsanlıqları istiqaməti ilə axşam saat səkkizə qədər pulsuz avtobuslar işləyəcklər.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən olduğu kimi, Tbilisidə yerləşən qəbirsanlıqlara gedən yollarda məhdudiyyətlər olacaq.