Peruda koronavirusa yoluxanların sayı 300 mini aşdı
Peruda koronavirusa yoluxanların sayı 300 mini aşdı

Peruda koronavirusa yoluxanların sayı 300 mini aşdı. Məlumatı “CNN” yayır. Ölkənin Səhiyyə Nazirliyinin göstəriciləri ilə, son 24 saat ərzində 3 635 yeni hal aşkar edilib. Ümumilikdə Peruda koronavirusa yoluxanların sayı 302 718-i təşkil edir. Halların yarısından çoxu, 165 307 halı paytaxt Limanın payına düşür.

Vəfat edənlərin sayına gəldikdə, virus nəticəsində bu günə qədər 10 589 insan dünyasını dəyişib. “COVID-19”-un yayılması baxımından Peru, Braziliyadan sonra Cənubi Amerikada ikinci ölkədir.