Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri vəzifəsinə Anri Oxanaşvilinin namizədliyi təqdim edildi
Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri vəzifəsinə Anri Oxanaşvilinin namizədliyi təqdim edildi

Gürcüstan Parlamentinin hüquqi məsələlər üzrə komitəsinin sədri vəzifəsinə, parlament əksəriyyəti tərəfindən Anri Oxanaşvilinin namizədliyi təqdim edildi.

Bu barədə məlumatı parlament əksəriyyətinin lideri Arçil Talakvadze “Gürcü Arzusunun” mərkəzi ofisində keçirilən görüş başa çatdıqdan sonra verdi.

“Ona müvəffəqiyyətlər arzulamaq istəyirəm, çünki parlamentdə çox zor və çox işləməyi tələb edən bir vəzifəyə başlayır” – dedi Arçil Talakvadze.