Anri Oxanaşvili - danışıqlar masası arxasına əyləşəcəyik, lakin haqqımız yoxdur ki, xalqımızın seçiminə qarşı gedək
Anri Oxanaşvili - danışıqlar masası arxasına əyləşəcəyik, lakin haqqımız yoxdur ki, xalqımızın seçiminə qarşı gedək

İctimaiyyətimizin maraqlarından irəli gələrək hərəkət edəcəyik, danışıqlar masası arxasına əyləşəcəyik, – bu barədə Hüquq Komitəsinin sədri, Anri Oxanaşvili bəyan etdi.

Onun dediyinə görə, hakim komanda danışıqlar prosesində ictimaiyyətin maraqları və onların seçiminə qarşı gedə bilməz.

“Biz xalqımız və ölkəmiz qarşısında məsuliyyəti yaxşı dərk edirik. İctimaiyyətimizin maraqlarından irəli gələrək hərəkət edəcəyik, danışıqlar masası arxasına əyləşəcəyik. Lakin, heç bir təqdirdə, ictimaiyyətimizin maraqlarına qarşı getməyəcəyik. Haqqımız yoxdur ki, xalqımızın seçiminə qarşı gedək.

Danışıqlar masasına gedənə qədər, irəlcədən hansısa məsələni irəli sürmürük ki, bu ultimatum kimi hesab olunmasın, çünki bu danışıqların aparılmasına maneəçilik törədəcək”, – Anri Oxanaşvili bəyan etdi.