Parlament İstintaq Komissiyasının iclasında Prokurorluğun nümayəndələrinin dindirilməsi keçirilir
Parlament İstintaq Komissiyasının iclasında Prokurorluğun nümayəndələrinin dindirilməsi keçirilir

Xorava küçəsində baş verə qətl işini öyrənən müvəqqəti istintaq komissiyası bu gün Prokurorluğun nümayəndələrini sorğu edir. İclas başlayana qədər Serqi Kapanadzenin bəyan etdiyinə görə, sualları bilavasitə istintaqın prossesi ilə bağlı olacaqdır.

“Bu gün Prokurorluğun yüksəkvəzifəliləri ilə görüşümüz var. Onlar, Xorava küçəsində baş verən hadisəni araşdırarkən, o vaxtı Tbilisi Prokurorluğuna rəhbərlik edirdilər. Bunlar Mixeil Şağulaşvili və Giorgi Qabodzedir. Bizim suallarımız bilavasitə istintaqın prossesi ilə bağlı olacaqdır.

Güman edildiyinə görə, bu gün biz Prokurorluğun nümayəndələrinin hamısını dindirə bilməyəcəyik. Onların dindirilməsini bir neçə günə davam etdirəcəyik”, – Serqi Kapanadze bəyan etdi.

Xorava küçəsində baş verə qətl işini öyrənən müvəqqəti istintaq komissiyası bu gün sıra ilə 12-ci iclasını keçirir.