Paata Mancqaladze - "Strategiya Ağmaşenebelinin" qarşısında parlamentə daxil olub olmamaq məsələsi ümumiyyətlə durmur, əsas siyasi böhranın həllidir
Paata Mancqaladze - "Strategiya Ağmaşenebelinin" qarşısında parlamentə daxil olub olmamaq məsələsi ümumiyyətlə durmur, əsas siyasi böhranın həllidir

“Strategiya Ağmaşenebelinin” qarşısında parlamentə daxil olub olmamaq məsələsi ümumiyyətlə durmur, əsas siyasi böhranın həllidir ki, ictimaiyyəti narahat edən problemlərin həllinə tezliklə keçək, – bu barədə “Strategiya Ağmaşenebelinin” üzvü, Paata Mancqaladze jurnalistlərə bəyan etdi.

Paata Mancqaladzenin qeyd etdiyinə görə, Danielsonun Gürcüstana səfəri çox əhəmiyyətlidir, çünki ölkədə siyasi böhranın aradan qaldırlması önəmlidir.

“Strategiya Ağmaşenebelinin” qarşısında parlamentə daxil olub olmamaq məsələsi ümumiyyətlə durmur, əsas siyasi böhranın həllidir ki, ictimaiyyəti narahat edən problemlərin həllinə tezliklə keçək. Çərçivə artıq müəyyənləşdirilib ki, nə formatda və söhbət nədən olmalıdır. Altı müddəalı razılaşmanı nəzərdə tuturam və bizim üçün hər bir müddəa önəmlidir. Əsas məsələ vaxtından əvvəl seçkilər və siyasi məhbusların məsələsidir. Bütün məsələlər bu iki məsələ ilə bağlıdır. Bilirik ki, fasilitator mərhələsindən moderator mərhələsinə keçdik. Bu deməkdir ki, moderatorun hüququ var çıxışın öz verisyasını təklif etsin. Bizim üçün qərbin mövqeyi önəmlidir. Biz öz mövqeyimizi qeyd etdik”, – Paata mancqaladze bəyan etdi.