Nino Cavaxadze - lazım olduğuna müvafiq olaraq, polis qüvvələrinin yerlərini bölgələr arasında dəyişirik ki, seçkilər zamanı dinc şəraiti qoruyub saxlayaq
Nino Cavaxadze - lazım olduğuna müvafiq olaraq, polis qüvvələrinin yerlərini bölgələr arasında dəyişirik ki, seçkilər zamanı dinc şəraiti qoruyub saxlayaq

Bizim məqsədimiz prezident seçkiləri zamanı dinc şəraitin qorunub saxlanılmasıdır ki, bütün vətəndaşlara təhlükəsiz və azad şəraitdə öz seçimini etməyə imkan verilsin, – bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Dİ naziri müavini, Nino Cavaxadze bəyan etdi.

Elə onun dediyinə görə, saat 10:00 üçün səsvermə prosesi dinc şəraitdə keçirilir və polisin məlumatına görə, ciddi pozuntular olmayıb və insident baş verməyib.

“Daxili İşlər Nazirliyi bütün ölkə miqyasında təhlükəsizliyin müdafiəsinin təmin edir. Bizim məqsədimiz prezident seçkiləri zamanı dinc şəraitin qorunub saxlanılmasıdır ki, bütün vətəndaşlara təhlükəsiz və azad şəraitdə öz seçimini etməyə imkan verilsin. Saat 10:00 üçün səsvermə prosesi dinc şəraitdə keçirilir və polisin məlumatına görə, ciddi pozuntular olmayıb və insident baş verməyib.

İctimaiyyətə artıq bildirdiyimiz kimi, Daxili İşlər Nazirliyində xüsusi qrup yaradılıb. Bununla yanaşı, lazım olduğuna müvafiq olaraq, polis qüvvələrinin yerlərini bölgələr arasında dəyişirik ki, seçkilər zamanı dinc şəraiti qoruyub saxlayaq”, – Cavaxadze bəyan etdi.

Elə onun dediyinə görə, Daxili İşlər Nazirliyi beynəlxalq müşahidəçilər missiyası və yerli QHT-lər ilə fəal əməkdaşlıq edir.

Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə əhalisi sıra ilə beşinci prezidenti, altı il müddətinə seçir.