Nikol Paşinyan - mövcud dinamika bu cür davam etsə, tezliklə Ermənistanda koronavisla gündə onlarca, yüzlərcə insan vəfat edəcək
Nikol Paşinyan - mövcud dinamika bu cür davam etsə, tezliklə Ermənistanda koronavisla gündə onlarca, yüzlərcə insan vəfat edəcək

Mövcud dinamika bu cür davam etsə, tezliklə Ermənistanda koronavisla gündə onlarca, yüzlərcə insan vəfat edəcək, – bu barədə Ermənistan baş naziri, Nikol Paşinyan “fesybuk” sosial şəbəkəsində birbaşa efiri zamanı bəyan etdi.

Ermənistan baş nazirinin dediyinə görə, əhali “COVID-19” pandemiyasını təhlükə kimi hesab etmədiyindən, ölkə ciddi problem qarşısında durur.

“Əgər letal hallarının sayını azaltmasaq, 29 mayda Ermənistanda 10 min halımız olacaq, 12 iyunda 20 min, bu deməkdir ki, qurbanların sayı da artacaq, çünki reanimasiyada sadəcə olaraq yer olmayacaq. Bu dinamika dəyişməsə, biz ciddi problem qarşısında duracağıq, gündə onlarca, yüzlərcə hal və qurban olacaq. Bu cür ssenaridən boyun qaçırmaq üçün, hər birimizin vətəndaşlıq məsuliyyətimizi göstərməmiz vacibdir” – Ermənistan baş naziri bəyan etdi.

Onun dediyinə görə, küçədə sosial məsafəni müdafiə etməyən insanları görür.

Ermənistanda ötən gecə ərzində koronavirusun 230 yeni halı aşkar edildi. Ümumilikdə epidemiyanın başlamasından bu günə qədər Ermənistanda koronavirusun 5 271 halı aşkar edilib. 67 insan vəfat edib. Buradan üç pasiyent son 24 saat ərzində vəfat edib.