Nika Meliyaya qətimkan tədbiri olaraq 30 000 larilik girov seçildi
Nika Meliyaya qətimkan tədbiri olaraq 30 000 larilik girov seçildi

Milli Hərəkatın” üzvü, Nika Meliyaya qətimkan tədbiri olaraq 30 000 larilik girov seçildi.

Hakim, Temur Qoqoxiya qərarı az öncə bəyan etdi. Hakimin qeyd etdiyinə görə, Nika Meliya yaşayış evini istintaq orqanını məlumatlandırmamış və razılıq almamış, tərk edə bilməz.

Müdafiə tərəfi 10 min larilik girovun seçilməsini tələb edirdi. Prokurorluq isə, Nika Meliyanın həbs olunmasını tələb edirdi.

Nika Meliya Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci və ikinci hissələri ilə ittiham olunur.