Niderlandların baş naziri - Gürcüstan bölgə üçün nümunəvi ölkəyə çevrildi və məhz elə buna görə Niderlandların və Avropa İttifaqının əsas partnyorudur
Niderlandların baş naziri - Gürcüstan bölgə üçün nümunəvi ölkəyə çevrildi və məhz elə buna görə Niderlandların və Avropa İttifaqının əsas partnyorudur

Gürcüstan bölgə üçün nümunəvi ölkəyə çevrildi və məhz elə buna görə Niderlandların və Avropa İttifaqının əsas partnyorudur, – bu barədə Niderlandların baş naziri Mark Rute Gürcüstanın baş naziri, Giorgi Qaxariya ilə görüşdən sonra, birgə brifinqdə bəyan etdi.

Niderlandlar Krallığının baş naziri Gürcüstan hökumət başçısının səfərini tarixi adlandırdı və qeyd etdi ki, bu iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin sübutudur.

Mark Rutenin açıqlamasına görə, Niderlandlar Krallığı artıq beşinci ildir ki, Gürcüstana aqrar ticarət missiyalarını göndərir.

Mark Rute turizmin artmasının müsbət tendensiyalarını da xüsusilə qeyd etdi və bildirdi ki, buna Gürcüstanda Hollandiya televiziya verilişinin çəkilişi də imkan yaratdı.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.