"Mişaya tapşırıqlar ver" - "Milli Hərəkat" yeni seçki kampaniyasına başlayır
"Mişaya tapşırıqlar ver" - "Milli Hərəkat" yeni seçki kampaniyasına başlayır

“Milli Hərəkat” “Mişaya tapşırıq ver” adlı seçki kampaniyasına başladı.

Bu barədə məlumatı “Milli Hərəkatın” üzvü Zaal Udumaşvili bugün keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, partiyanın majoritar deputatlarına xalq tərəfindən çatdırılan tələbləri “Milli Hərəkatın” baş nazir namizədi Mixeil Saakaşviliyə çatdırılacaq.

“Majoritarlarımız kənd-kənd gəzəcəklər və sizlər tərəfindən irəli sürülən tələbləri və həll olunması gərəkən problemləri baş nazir namizədimiz Mixeil Saakaşviliyə çatdıracaqlar və Mixeil Saakaşvili həmin problemlərin həlli planını sizə şəxsən təqdim edəcək.

Biz birlikdə güclü ailələri olan zəngin Gürcüstan tikəcəyik. Tələblərinizi və tapşırıqlarınızı gözləyirik” – dedi Zaal Udumaşvili.