Milli Bank valyuta hərracında 40 000 000 ABŞ dollarını satdı
Milli Bank valyuta hərracında 40 000 000 ABŞ dollarını satdı

Milli Bank 2021-ci il fevralın 18-də keçirilən valyuta hərracında 40 000 000 ABŞ dollarını satdı.

Bu barədə Gürcüstan Milli Bankı tərəfindən yayılan məlumatda deyilir.

Gürcüstan Milli Bankının məlumatına görə, orta ölçülmüş məzənnə 3.3014-ü təşkil etdi.

Milli Bank tərəfindən cari il bu, artıq ikinci valyuta intervensiyasıdır. Milli Bank 2021-ci ildə, bu günki hərrac da daxil olmaqla 120 000 000 dollar satıb