Milli Bank "TBC Bank" ilə bağlı məsələnin Parlamentdə müzakirəsini məqsədyönlü hesab etmir
Milli Bank "TBC Bank" ilə bağlı məsələnin Parlamentdə müzakirəsini məqsədyönlü hesab etmir

Gürcüstan Milli Bankı “TBC Bank” ilə bağlı məsələnin Parlamentdə müzakirəsinə qarşı çıxır.

Milli Bank bununla bağlı xüsusi bəyanat yayır və bəyan edir ki, məsələnin Parlamentdə müzakirəsini məqsədyönlü hesab etmir.

“Gürcüstan Milli Bankı, bank-maliyyə bölməsinin tənzimləyicisidir və ölkənin maliyyə-iqtisadi sabitliyinin önəmli zəmanətlərindər biridir. Milli Bank müntəzəm olaraq ölkədə fəaliyyət göstərən bank və maliyyə təşkilatlarına monitorinq həyata keçirir.

Gürcüstan Milli Bankı fəaliyyətini maksimal olaraq şəffaf həyata keçirir və qanunvericilik və reqlamentə uyğun olaraq, həmişə qanunvericilik orqanının suallarına cavab verir. Kommersiya sirrinin müdafiəsi prinsipini nəzərə alaraq, hansısa konkret bank ilə bağlı nəzarət ölçülərinin müzakirəsini məqsədyönlü hesab etmirik. Bənzər disskusiyalarla, maliyyə bölməsinin nümayəndələrinə ziyanın vurulması mümkündür”, – bankın bəyanatında deyilir.

Gürcüstan Milli Bankının prezidenti, Koba Qvenetadzenin hesabatı sabah parlamentin sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin iclasında planlaşdırılıb.