Mixeil Saakaşvili - Lutsenko öz diplomunu göstərsin, mənimsə üç diplomum var
Mixeil Saakaşvili - Lutsenko öz diplomunu göstərsin, mənimsə üç diplomum var

Odessanın sabiq qubernatoru və Ukraynanın “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixeil Saakaşvili, Ukraynanın baş prokuroru Yuri Lutsenkoya müraciət edir ki, hüquqi təhsilini təsdiqləyən diplomunu təqdim etsin.

Saakaşvilinin dediyinə görə, onun özünün üç diplomu var.

“Mən onu baş prokuror hesab etmirəm, çünki onun hüquqşünaslıq təhsili yoxdur. Əgər elə deyilsə, göstərsin öz diplomunu. Məsələn, mənim üç diplomum var”, – dedi Saakaşvili Radanın yanında keçirdiyi brifinqdə.

Brifinqdə Saakaşvili həmçinin bəyan etdi ki, onun və tərəfdarlarının kimsədən aldıqları pul yoxdur.

“Bu oliqarxların aksiyası deyil və burada yığılan insanların, Poroşenko və onun nazirlərindən fərqli olaraq, milyonları yoxdur” – dedi Saakaşvili.

Odessanın sabiq qubernatoru öz dəstəkçilərinə müraciət etdi ki, aksiyada yığılanlara buterbrodlar, su və medikament gətirsinlər.