Mixeil Batiaşvili - Məktəblərin infrastrukturunun qərb standartlarına yaxınlaşması üçün ən az yeddi milyard lari gərəkir
Mixeil Batiaşvili - Məktəblərin infrastrukturunun qərb standartlarına yaxınlaşması üçün ən az yeddi milyard lari gərəkir

“Gürcüstan miqyasında məktəblərin infrastrukturunun qərb standatlına uyğunlaşdırılması üçün ən az yeddi milyard lari lazımdır” – bu barədə bəyanatı Təhsil Naziri Mixeil Batiaşvili Birinci Kanalın “Biznes-partnyor” verlişində erdi.

“Və bu məbləğ sadəcə texniki problemləri həll edə bilir. Bununla yanaşı, pedaqoqların maddi vəziyyətləri ilə bağlı problemlər də həll edilməlidir. Əgər bunu təmin edə bilməsək, qarşımızda duran çağırışlarla üzləşmək bizim üçün çox çətin olacaq” – dedi Mixeil Batiaşvili.

“Professiyonal təhsil istiqaməti getdikcə daha populyar olur və məqsədimiz regionlarda professiyonal məktəblərinin artırılmasıdır” – dedi nazir.

Təhsil Naziri ümid edir ki, hər il 500 milyon larilik təhsil büdcənin artırılması, mərhələ şəklində artması, təhsil sektorunda mövcud olan problemlərin həllinə yardım edəcək.