Mixail Saakaşvili Romada tərəfdarları ilə görüşür (video-foto)

Romada, “Platso Nayado” mehmanxanasında Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvili tərəfdarları ilə görüşür. Saakaşvili tərəfdarlarına nitqlə müraciət edir.

Görüşə gürcü emmiqrantlarının bir hissəsini buraxmadılar. Onlar mehmanxana yanında aksiya keçirirlər. Emmiqrantlar deyirlər ki, qeydiyyatdan keçiblər, lakin keçmiş prezident ilə görüşə buraxmadılar. Onlar bəyan edirlər ki, buna səbəb Saakaşvilinin idarəçiliyi dövr barədə onların fərqli fikirləridir.