Mərkəzi avtomagistralda baş verən qəza zamanı zərər görən 12 pasient, onların arasında iki uşaq, Mtsxeta xəstəxanasına yerləşdirildilər
Mərkəzi avtomagistralda baş verən qəza zamanı zərər görən 12 pasient, onların arasında iki uşaq, Mtsxeta xəstəxanasına yerləşdirildilər

Mərkəzi avtomagistralda baş verən qəza zamanı zərər görən 12 pasient, onların arasında ikisi uşaq, Mtsxeta tibb mərkəzinə və Mtsxetanın “GeoHospitalına” yerləşdirildilər.

Bu barədə məlumatı Birinci Kanala Səhiyyə Nazirliyinin mətbuat katibi Sopo Çumburidze verdi.

Onun dediyinə görə, qəzaya uğrayanlar arasında iki az yaşlı uşaq var.

“Uşaqların vəziyyəti ağır deyil. Digərləri isə, müxtəlif bədən xəsarətləri alıblar” – dedi Sopo Çumburidze.

Tbilisi istiqamətinə doğru gedən yolçu avtobusu Ferma kəndinin yanında yük maşını ilə toqquşdu.

Daxili İşlər Nazirliyindən Birinci Kanala verilən məlumata görə, baş verən qəza ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsinin 5-ci hissəsi ilə istintaq başladı, hansı ki, nəqliyyat vasitələrinin təhlükəsizlik və ekspluatasiya qaydalarının pozulmasını nəticəsində insan həyatına zərər verməyi nəzərdə tutur.