Məktəblərdə təhlükəsizlik monitorinqini patrul polisi keçirəcək
Məktəblərdə təhlükəsizlik monitorinqini patrul polisi keçirəcək

Gürcüstanın Daxili İşlər və Təhsil Nazirlərinin görüşündə qərar verildi ki, məktəblərdə təhlükəsizlik monitorinqinə patrul polisi də qoşulacaq.

Nazirlərin qərarı ilə, təhsil ocaqlarında cinayətlərin prevensiyası istiqamətində, idarələrarası işçi qrupu yaradılacaq.

Qeyd olunan işçi qrupu yeniyetmələr arasında münaqişələrin və cinayətlərin prevensiya mexanizmləri üzərində çalışacaq.

Qeyd olunan işçi qrupla QHT-lər və beynəlxalq təşkilatlar da fəal əməkdaşlıq edəcəklər.

 

Şərh yaz