Martvili və Çğondidi Yeparxiyasında qarşıdurma zamanı bir neçə insan xəsarət aldı
Martvili və Çğondidi Yeparxiyasında qarşıdurma zamanı bir neçə insan xəsarət aldı

Martvili və Çğondidi Yeparxiyasında qarşıdurma zamanı bir neçə insan, o cümlədən media nümayəndəsi xəsarət aldı.

Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata görə, Yeparxiya nümayəndələri və möminlər arasında qarşıdurma baş verdi. Qarşıdurmaya səbəb Yeparxiyaya yeni təyin olunmuş mitropolit Stepane tərəfindən iki dini şəxs, Konstantine Qabisoniya və Petre Ğuduşaurinin dini rütbəsinin əlindən alması oldu.

Qarşıdurma zamanı, Yeparxiyanın ikinci mərtəbəsinin eyvanından bir neçə insan yıxıldı. Xəsarət alanları xəstəxanaya apardılar.

Möminlərin bir hissəsi tələb edir ki,  yeni təyin olunmuş mitropolit Stepane Yeparxiyanı dönmədən tərk etsin.