Marneuli və Bolnisidə karantin elan edildi
Marneuli və Bolnisidə karantin elan edildi
Gürcüstanın baş naziri Marneuli və Bolnisidə yüksək epidemiya riskinə görə, fövqəladə vəziyyət çərçivəsində, sərt karantin məhdudiyyətlərinin tətbiq edilməsi barədə bəyanat verdi:
Hazırda ölkədə koronavirusun təsdiq olunmuş 54 halı var.
Karantində 3254 nəfər adam var. Hallar artır və biz bunun üçün hazır olmalıyıq.
2020-ci ilin 21 mart tarixindən bütün Gürcüstan ərazisində fövqaladə vəziyyət qüvvədədir.
Bildiyiniz kimi, bu gün koronavirusun bir halı Marneuli xəstəxanalarının birində aşkar olundu. Pasient bu xəstaxanada bir neçə gün ərzində müalicə olunurdu.
Xəstəliklərə Nazarətin Milli Mərkəzi bir neçə sahəyə görə işləyir. Hazırda 90 nəfərə qədər kontakt təyin olunub. Proses davam edir.
Vəziyyət yetərincə ağırdır.
Bu halı, əvvəlcədən qeyd etdiyimiz kimi daxili yayılma fazası kimi müzakirə edə bilərik.
Müvafiq olaraq, biz Marneuli və Bolnisi munisipalitetlərində, yüksək epidemoloji riskə görə, virusun yayılmasının qarşısının maksimal alınmasına görə, fövqaladə vəziyyət çərçivəsində ən kəskin vasitələrə – ciddi karantin qadağalarına əl atmalıyıq.
Bu gündən qadağan olunur:
1. Munisipalitetlərin ərazisinə daxil olmaq və munisipalitet ərazisini tərk etmək
2. Bütün obyektlər bağlanır. Yalnız ərzaq məhsulları, dəva-dərman və təcili infrastruktura dair digər obyektlər əl çatan olacaq.
3. İctimai nəqliyyatın hərəkətinə dair qadağalar təyin edilir.
4. Munisipalitet daxilində, sakinlərin ərzaq məhsulları və ya dəva-dərman, yaxud tibbi xidmət almaq üçün çıxmalarından başqa yerdəyişmə qadağan edilir. Həmçinin təxirəsalınmaz kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi üçün yerdəyişmək olar. Bu yerdəyişmə isə Səhiyyə Nazirliyinin protokoluna müvafiq olaraq mümkün olacaq.
5. Munisipalitetin ərazisində ictimai əsayişi müdafiəsini və fövqəladə vəziyyətin yerinə yetirilməsini Daxili İşlər Nazirliyi təmin edir.
6. Marneulinin Geo Hospital klinikasi karantin rejimindədir və yalnız regionda koronavirusun müalicəsi sahəsində işləyəcək. Aversi klinikası isə, multifunksional tibbi iş həyata keçirəcək.
Biz maksimal dərəcədə Marneuli və Bolnisi munisipalitetlərində karantində olan vətəndaşlarımızın qeydinə qalacağıq.
1. Gündəlik qaydada bizim həkimlər yerli özünüidarəetmə nümayəndələri ilə hər qapıda olacaqlar və bizim vətəndaşların sağlamlıq durumunu, eləcə də onların nəyə ehtiyacları olduqlarını yoxlayacaqlar.
2. Munisipalitetlərlə koordinasiyanı tam olaraq baş nazirin nümayəndəsi Sozar Subar həyata keçirəcək.
3. Hərarəti, istisi və virus simptomları olan hər kəsə test olunacaq.
4. Bununla yanaşı əhaliyə bildirmək istəyirəm ki, biz tam şəkildə virusun yayılmasının və bundan irəli gələcək ziyanı azaldacaq hər bir ölçü götürməyə mobilizə olmuşuq.
Şərh yaz