Marneuli "Ceohospitalsında" səkkiz pasiyentdə koronavirus təsdiq olunmadı
Marneuli "Ceohospitalsında" səkkiz pasiyentdə koronavirus təsdiq olunmadı

Marneuli “Ceohospitalsında” səkkiz pasiyentdə koronavirus təsdiq olunmadı. Bu barədə Gürcüstanın Birinci Kanalına klinikada bəyan etdilər.

Klinikanın direktoru, Tata Şenqelaiyanın bəyan etdiyinə görə, səkkiz şübhəli pasiyentdən analizi dünən gtürdülər. Analizlər Luqar Laboratoriyasına göndərilmişdi.

Həkimlərin bəyan etdiyinə görə, pasiyentlərin vəziyyəti qənaətbəxşdir və müalicə kursunun başa çatmasından sonra evə buraxılacaqlar.

Marneuli munisipaliteti 23 martdan karantin zona kimi elan edilib. Munispalitetin açılması 18 mayda planlaşdırılır.