Mariya Zaxarova - Sergey Lavrov Ermənistan və Azərbaycanla atəşkəs və danışıqların başlanılması məqsədilə intensiv dialoqlar aparır
Mariya Zaxarova - Sergey Lavrov Ermənistan və Azərbaycanla atəşkəs və danışıqların başlanılması məqsədilə intensiv dialoqlar aparır

Rusiya Xarici İşlər naziri Ermənistan və Azərbaycanla atəşkəs və danışıqların başlanılması məqsədilə intensiv dialoqlar aparır, – bu barədə Rusiya Xarici İŞlər Nazirliyinin rəsmi nümayəndəsi, Mariya Zaxarova bəyan etdi.

“Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyətin kəskinləşməsi ilə bağlı, Sergey Lavrov tərəflərlərlə atəşkəs və danışıqların başlanılması məqsədilə intensiv dialoqlar aparır”, – Zaxarova bəyan etdi.

Bununla yanaşı, artıq məlumdur ki, Rusiya Xarici İşlər naziri, erməni həmkarı ilə telefon söhbəti apardı.

Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərginləşdi. Tərəflər hərbi toqquşmalar və tələfat barəsində məlumat yayırlar. Azərbaycan mediasının məlumatına görə, Ermənistan tərəfindən bu gün səhər geniş miqyaslı hücum həyata keçirildi. Nəticədə həlak olan var. O cümlədən mülki əhali tərəfindən. Ermənistanda isə, bəyan edirlər ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağ istiqamətinə hücumz başlanıb.Ermənistan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, erməni hərbçiləri iki Azərbaycan vertalyotunu və pilotsuz uçuş aparatını vurdular. Elə onların məlumatına görə, atəş səsi Stepanakertdə də eşidilir.