Marixuananın istifadəsi harada və kim üçün qadağan edilir - DİN qanunvericilik dəyişikliyini hazırladı
Marixuananın istifadəsi harada və kim üçün qadağan edilir - DİN qanunvericilik dəyişikliyini hazırladı

Gürcüstan Daxili İşlər Nazirliyi marixuananın qanunsuz dövriyyəsi risklərinin başdan rədd edilməsi məqsədi, qanunvericilik dəyişikliyini hazırladı və hökumətin ən yaxın iclasında təqdim edəcək, – bu barədə idarənin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, idarənin ən başlıca məqsədi ictimai əsayiş və təhlükəsizliyin qorunmasıdır.

“Konstitusiya Məhdkəməsinin 2018-ci il 30 iyul tarixli qərara, orada olan yanaşmaların qanunvericilik səviyyəsinə tənzimlənməsi lazımdır. Bununla yanaşı müvafiq qanunvericilik çərçivəsinin mövcud olmaması narkotik vasitəsinin qanunsuz dövriyyəsinə qarşı efektli mübarizəni əngəlləyir və onun istifadəsinin həvəsləndirilməsinə imkanlar yaradır.

Müvafiq olaraq Daxili İşlər Nazirliyi marixuananın qanunsuz dövriyyəsi risklərinin başdan rədd edilməsi məqsədi, qanunvericilik dəyişikliyini hazırladı və hökumətin ən yaxın iclasında təqdim edəcək.

Bu məqsədlə qanunlayihəyə əsasən, marixuananın istifadəsi sərt hüquqi çərçivəyə alınacaqdır”, – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.