Manfred Veber - Türkiyə Avropa İttifaqının üzvü ola bilməz
Manfred Veber - Türkiyə Avropa İttifaqının üzvü ola bilməz

Türkiyə Avropa İttifaqının üzvü ola bilməz, – bu barədə Avropa Komissiyasının prezidentliyinə, Avropa Xalq partiyasının namizədi Manfred Veber Bavariyada, alman mühafizəkarlar ilə görüşü zamani bəyan etdi.

Veberin dediyinə görə, Avropa Komissiyasının prezidenti seçildiyi təqdirdə, Türkiyənin Avropa İttifaqına üzvlüyü barəsində danışıqları dayandıracaq.

“Hamı Türkiyə ilə yaxşı əlaqələri istəyir, hamı sıx əməkdaşlıq istəyir. Lakin Avropa Komissiyasının prezidenti mən oldumsa, Brüssel ofislərinə göstəriş verəcəm ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü barəsində danışıqları dayandırsınlar. Gəlin açıqca deyək, Türkiyə Avropa İttifaqının üzvü ola bilməz”, – Manfred Veber bəyan etdi.