Mamuka - Bu mərhələdə heç bir kadr dəyişiklikləri müzakirə olunmur, ancaq, hansısa nazir gərəkən tempdən geridə qalsa, müvafiq qərar veriləcək
Mamuka - Bu mərhələdə heç bir kadr dəyişiklikləri müzakirə olunmur, ancaq, hansısa nazir gərəkən tempdən geridə qalsa, müvafiq qərar veriləcək

Bizə tez və operativ qərarlar lazımdır, əsas olan budur, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistin sualını cavablandırarkın verdi. Jurnalist baş nazirdən, sabiq İqtisadiyyat Naziri Giorgi Kobulia ilə narazılığının olub olmadığını soruşdu.

“Onunla dünən görüşdüm və bugün də hökümət iclasından sonra yenə görüşəcəm. Giorgi Kobulia ilə heç bir problem yoxdur. O “Makkenzi” şirkətinin partnyorudur və onun keçdiyi fəaliyyət yolu nə qədər kompetent olduğunu göstərir. Onun özü gərəkən açıqlamayı verdi. Onun istefası haqqında qərar isə, özü ilə söhbət nəticəsində verildi və bunda qeyri-qadi birşey yoxdur” – dedi baş nazir.

Baş nazirin dediyinə görə, iqtisadiyyatın inkişafı və investisiyalar üçün çox operativ və effektiv bir idarəçilik lazımdır və hansısa nazir gərəkən tempdən geri qalırsa, müvafiq qərar da gecikmir.

“Yenə deyirəm, bu mərhələdə artıq heç bir kadr dəyişiklikləri müzakirə olunmur, ancaq, hansısa nazir gərəkən iş tempindən geridə qalsa, müvafiq qərar veriləcək” – dedi Mamuka Baxtadze.