Mamuka Baxtadzenin parlamentdəki çıxışı təxirə salındı
Mamuka Baxtadzenin parlamentdəki çıxışı təxirə salındı

Mamuka Baxtadzenin parlamentdəki çıxışı təxirə salındı.

Bu barədə bəyanatı bugünki büro iclasında parlamentin yeni sədri Arçil Talakvadze verdi.

Talakvadze qeyd etdi ki, mövcud olan gərgin vəziyyətdə iqtidarın hesabatının dinlənməsi qeyrimümkün olacaq.

Mamuka Baxtadzenin daha sonra növbədənkənar iclasda dinlənməsi istisna olunmur.

Gürcüstanın baş naziri bugün parlament qarşısında ilk illik hesabatla çıxış etməli idi.

Hazırlanan sənəd 212 səhifəlikdir və onda ölkənin xarici siyasəti, təhlükəsizlik və özünü müdafiyə qabiliyyəti haqqında bəhs edilir.

Sənəddə həmçinin, böyük yer iqtisadiyyat və təhsil sahələrindəki islahatlara və insan hüquqlarının qorunması baxımından həyata keçirilən islahatlarada ayrılıb.