Mamuka Baxtadze - Rusiya Federasiyası 2008-ci ilin atəşkəs razılaşmasını yerinə yetirməlidir və Gürcüstan ərazisindən öz silahlı qüvvələrini çıxardmalıdır
Mamuka Baxtadze - Rusiya Federasiyası 2008-ci ilin atəşkəs razılaşmasını yerinə yetirməlidir və Gürcüstan ərazisindən öz silahlı qüvvələrini çıxardmalıdır

Gürcüstanın maraqlarındadır ki, Rusiya Federasiyası ilə münasibətlərin tənzimlənməsi beynəlxalq hüquq və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilsin, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze dəyirmi masa formatındaki “Gürcüstan-Rusiya müharibəsindən sonra -sülh və təhlükəsizlik” görüşündə verdi.

Mamuka Baxtadzenin dediyinə görə, Gürcüstan iqtidarının səyləri nəticəsində, Rusiya-Gürcüstan münaqişəsi beynəlxalq həmdostluğun gündəmində durur.

Mamuka Baxtadze qeyd etdi ki, Rusiya Federasiyası işğal xəttinin yanında dəmir çəpərliklər və süni baryerlər qoymağı dayandırmalıdır və ərazidə beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılmasına mane olmamalıdır.

“Mən inanıram ki, bir gün biz, abxaz və osetin qardaşlarımızla mütləq mövcud olan bütün problemləri həll edəcəyik və sülh içində bərabər yaşamağın yollarını tapacağıq, çünki başqa alternativimiz yoxdur. Və bunu deməyimin əsası da, bizi birləşdirən birgə tariximiz, birgə maraqlarımız və birgə dəyərlərimizdir” – dedi Mamuka Baxtadze.